Bu slaydşou üçün JavaScript lazımdır.


 

Statusu.Qışlayan, ötüb keçən və yuvalayan quşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxildir.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 600-700 q-dır. Cüt-cüt və sürü halında yaşayırlar. Ümumi rəngi tutqundur. Uçan zaman erkəklərinin qanadı üzərində eninə ağ zolaq görünür. Erkəklərinin başı, boynu, döşü və yanları kürən-qəhvəyidir, arxası tünd-qonur, qarnı və quyruqaltlığı ağdır. Dimdiyi qara, pəncələri bozdur. Gözləri ağdır. Dişisinin ümumi rəngi daha tünd qonurdur. Qarnı bozdur, gözləri ağ rəngdədir. Səsi kobud “qır-qır”dır.

Yayılması. Avropada, Şimali və Qərbi Afrikada, Ön, Orta Asiyada, Qərbi Sibirdə yuvalayır. Aralıq dənizində, Afrikada, Asiyanın Cənub-qərbindən Britaniyaya qədər, Azərbaycanın cənub şərqində, Xəzərin cənubunda, Türkmənistan və Tacikistanın cənubunda qışlayır. Xəzərin Azərbaycan hissəsinin sahil zolağında rast gəlinir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 1999-cu ildə 1500, 2002-ci ildə 3750, 2005-ci ildə 1100, 2006-cı ildə 3800, 2002-ci ilin aprelində 714, Abşeron Qobustanda isə 200-ci ildə 11 fərdi qeydə alınmışdır. Ağzıbir gölündə də az miqdarda rast gəlinir.

Yaşayış yerləri. Xəzərin sahil zolağındakı açıq su sahələrində qarğı və qamışlıqlardır.

Miqrasiyası. Payız miqrasiyası noyabrda, yaz miqrasiyası isə fevralın sonunda olur.

Çoxalması. Aprelin əvvəllərində cüt-cüt ayrılırlar. Yuvasını qarğı və qamışlıqlarda qurur. Yuvaya 7-11 sarımtıl-ağ yumurta qoyur.

Qidası. Bitki toxumları, onların vegetativ hissələri və onurğasız heyvanlardır.

Advertisements