Statusu. Qışda və miqrasiya vaxtı təsadüfən rast gəlinir. Azərbaycanın Qırmızı kitabına daxil edilib.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 4,9-6,2 kq-dır. Rəngi ağ, ayaqları və dimdiyi qaradır. Dimdiyinin dib hissəsinin hər 2 tərəfində sarı ləkə vardır, bu ləkələr burun dəliklərinin bərabərinə çatmır. Cavanlarının üst tərəfi boz, qarnıv quyruğunun alt örtük lələkləri ağ, ayaqları qırmızımtıl-qaradır. Səsi harayçı qunun səsinə oxşayır, lakin ondan bir qədər gur, təntənəli “tonq…bunq” bəzən “quk-quk” və ya “kurru”dur.

Cygnus Bewickii

Cygnus Bewickii

Yayılması. Əsasən Risiyanın Tundra zonasında, Kars dənizinin sahillərində, Yamal yarımadasında yuvalayır. Britaniya adalarında, Cənubi Norveçdə,Şimal dənizi sahillərində, Yaponiyada, Çində və s. Yerlərdə qışlayır. Azərbaycanda isə Xəzərin sahil zolağı boyu bəzi illərdə təsadüf edilir.

Sayı. Rusiyada qış çox sərt keçdikdə oradan Azərbaycana köçüb gələn fərdlərin hesabına sayı artır. 2003-cü ilin yanvar ayında Xəzərin Azərbaycan sahil zolağında sayı 115, 2005-ci ildə isə 12 fərd olub.

Yaşayış yerləri. Dənizin açıq sahil suaları.

Miqrasiyası. Müəyyən edilməmişdir.

Çoxalması. Yuvanı kiçik su hövzələri yaxınlığındakı xırda torpaq təpəcikləri üzərində və ya adacıqlarda qururlar.Yuvaya 3-4 sarıyaçalar yumurta qoyur. Ancaq dişisi 29-30 gün kürt yatır. Yuvanı tərk edərkən yumurtaların üzərini yuva materialı ilə örtür.

Qidası. Suda yaşayan müxtəlif onurğasız heyvanlar və su bitkilərinin vegetativ hissələridir.

Advertisements