Fısıldayan qulələk - Mute swan

Fısıldayan qulələk - Mute swan

Statusu. Qışlayan və Ötün keçən quşdur. Azərbaycanın Qırmızı Kitabına daxildir.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 8-13 kq-dan 22,5 kq-a qədərdir. Cüt-cüt və sürü halında yaşayırlar. Yetkinlərin rəngi ağappaqdır. Cavanları isə qonurdur.Yüyəni habelə dimdiküstlüy,dimdikaltlığının dibi və kənarları qara, dimdiyinin qalan yerləri narıncı-qırmızıdır. Caynağı və ayaqları qaradır. Dimdiyinin üstündə şiş vardır, erkəyində bu şiş daha iridir. Suda üzən zaman boynunu  “S” hərfi formasında, başını isə maili saxlayır. Səsi xırıltılı “xonq”dur.

Yayılması. Qərbi Avropadan Sakit okeanadək bir çox ölkələrdə təsadüf edilir. Cənubi İsveçrədə, Danimarkada, Polşada, Türkiyədə,İranda,Monqolustanda,Çində yuvalayır. Xəzər dənizində, İssıkkul gölündə,Sır-Dəryada, Sarı və Aralıq dənizinin, İran körfənin sahillərində və s. yerlərdə qışlayır. Xəzər dənizinin Azərbaycan sahili boyu rast gəlinir. Ən böyük qışlama yerləri isə Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələridir.

Sayı. Adətən Xəzərin azərbaycan hissəsində sayı bir neçə yüz fərd olur. Rusiyada qış sərt keçdikdə Xəzərin şimal sahil zolağından köçüb gələn fərdləri hesabına sayı artır. 2003-cü ilin yanvarında 26445 fərdi qeydə alınmışdır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı dayaz açıq su sahələridir.

Miqrasiyası. Payız miqrasiyası noyabr ayında, yaz miqrasiyası isə fevralın ikinci yarısında olurş

Çoxalması. 4 yaşında cinsi yetişkənliyə çatır. Yuvanı adətən su hövzələrində olan kiçik adacıqlarda, sıx qamışlıqlarda və ya göl cəngəlliklərində qurur. Yuvaya 7-9 ədəd maviyə çalan yumurta qoyur. Dişi qidalanmağa gedəndə yumurtaların üstünü yuva materialları ilə örtür və ya erkək fərd onu əvəz edir.

Qidası. Xırda onurğasız heyavanlar, su bitkilərinin vegetativ hissələri, xara və sapvari yosunlardır. Qidasını 1 m-ə qədər dərinlikdən götürə bilir.

Advertisements