Qırmızıdöş kazarka – Branta ruficollis

Qırmızıdöş kazarka – Branta ruficollis

Statusu. Qışlayan və ötüb keçən quşdur. Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxildir.

Ümumi xarakteristikası və görkəmi. Erkək və dişilərin kütləsi 1kq-a yaxındır. Sürü halında yaşayır. Yetkin quşların alnı, başının üst tərəfi, boynunun dal tərəfi, arxası, quyruğu və qanadları qaradır. Çinədanı və döşü kürən olub, qara rəngli qarnından ağ zolaqla ayrılır. Cavanlarının rəngi açıq qaradır. Dimdiyi və ayaqları qaradır. Səsi boğuq qığıltılıdır, qazdan kiçikdir.

Yayılması. Yamal yarımadasının şərq hissəsindən Xatanqaya qədər, tundra və meşə tundrada yuvalayır. Əsas qışlama yerləri Qara dənizdən qərbə – Dunayın deltası ilə Maritsa çayının aşağı hissəsinin arasındakı ərazilərdir. 1971-ci ilə qədər Azərbaycan ərazisində kütləvi qışlamışlar. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunda və Şirvan Milli Parkında az miqdarda rast gəlinir.

Sayı. 1967-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunda 23800, 1973-cü ildə 292, 1975-ci ildə 4, 1982-ci ildə 45, 2000-ci ilin dekabrında 200, 2002-ci ilin noyabrında isə 65 fərdi, Cənubi Şərqi Şirvanda 1998-ci ilin dekabrında 4, 1999-cu ilin dekabrında 12 fərdi qeydə alınmışdır. Nəslinin kəsilmək tıhlükəsi yaranıb.

Yaşayış yerləri. Dənizin sahil suları və ona həmsərhəd yarımsəhralarıdır.

Qırmızıdöş kazarka – Branta ruficollis

Qırmızıdöş kazarka – Branta ruficollis

Miqrasiyası. Payız miqrasiyası oktyabrın sonundan noyabrın ortalarına  qədər, yaz miqrasiyası isə martın əvvəllərində olur.

Çoxalması. Yuvanı çay vadilərinin səldərəm yamaclarında, göllərin sıldırımlı sahillərində və yarğanlarda, qurumuş kolluqlarda qurur. səldərəm yamaclarında, göllərin sıldırımlı sahillərində və yarğanlarda, qurumuş kolluqlarda qurur. Yuvanın dib hissəsi aydın nəzərə çarpır. Yuva materialında həmişə bir qədər lələk olur. Yuvaya 3-8 ədəd zeytuni-yaşıl rəngli yumurta qoyur. Ancaq dişi kürt yatır. Erkək isə yuvanın yaxınlığında olur. Dişi yuvanı tərk etdiyi zaman yumurtaları bitkilərlə və ya lələklə örtüb, gizlədir.

Qidası. Ot və dənli bitkilərin cavan cücərtiləridir.

Advertisements