Ağalın qaz–Anser albifrons

Bir şərh yazın

Ağalın qaz – Anser albifrons

Ağalın qaz – Anser albifrons

Statusu. Qışlayan və ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Erkəklərin kütləsi 2,4-3,2 , dişilərinki isə 2-3 kq-dır. Cüt-cüt və sürü halında yaşayır. Bədənin rəngi boz qazınkına oxşayır, lakin üst tərəfi daha tutqundur. Alnında (dimdiyindən başlayaraq) 15-25 mm enində ağ ləkə uzanır. Arxası və bel nahiyəsi tünd boz, döşü və qarnı açıq bozdur. Üzərində qeyri-müntəzən formalı iri və xırda qara ləkələr vardır. Dimdiyinin ucu sarı, əsası çəhrayıdır. Ayaqları sarımtıl narıncıdır. Cavan quşların qarnının üzərində qara ləkələr aydın görünmür. Alnında ağ ləkə yoxdur. Dimdikləri qırmızımtıla çalan tünd-bozdur. Səsi gur “klenq-klenq” və ya “klinq-klinq”dir.

Yayılması. Şimali Amerikanın sahil zolağında, qrellandiya və İslandiya adalarında, Avropa və Asiyada isə Şimal buzlu okeanın bütün sahili boyu yuvalayır. Avropa və Asiyanın cənubunda, Meksikada, Vest Hind adalarında qışlayır. Xəzər dənizi Azərbaycan hissəsinin (Abşeron-Qobustan istisna olmaqla)sahil zolağı boyu rast gəlinir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 610, 2005-ci ildə 4000, 2006-cı ildə 11000 fərdi qeydə alınmışdır. Şirvan Milli Parkında 1000-ə qədər, Ağzıbir gölündə isə 150-yə qədər fərdi qışlayır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələri, qamışlıqlar və bu yerlərə həmsərhəd yarımsəhralardır.

Ağalın qaz – Anser albifrons_

Ağalın qaz – Anser albifrons_

Miqrasiyası. Payız miqrasiyası oktyabr-noyabr aylarında, yaz miqrasiyası isə martın əvvəlindən ortasına qədər olur.

Çoxalması. Yuvanı iri torpaq topalarının üzərində, təpəlimlərdə və quru otların arasında qururlar. Yuvaya 3-7 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatmada dişi iştirak edir. Erkək isə yuvanın yaxınlığında olub, onu qoruyur.

Qidası. Əsasən ot və taxıl bitkilərinin vegetativ hissələridir.

Kəkilli qaraördək – Aythya fuliqula

1 Şərh

 

 

Statusu.Qışlayan və ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 550-700 q-dır. Cüt-cüt və sürü halında yaşayırlar. Erkəyinin başı, boynu, gövdəsinin üst hissəsi və döşü qara, qarnı və yanları ağdır. Başında uzun lələklər kəkil əmələ gətirir. Dimdiyi başından bir qədər qısa olub, enlidir, dimdiyinin dib hissəsi azca qaralmışdır. Dimdiyi bozumtul-mavi, ayaqları açıq-boz, barmaq pərdələri qara, caynağı ensizdir. Dişisinin ümumi rəngi boz qonurdur. Səsi “xurulyuk-rlyuk” və ya “xerr-xerr”dir.

Yayılması. Qərbi Avropadan Kamçatkaya və Kuril adalarına, cənubda isə Belorusiya, Orta Don və Zaysan gölünə qədər ərazilərdə yuvalayır. Avropada və Şimali Afrika sahillərində Nil çayının vadisində, Asiyanın cənub və cənub-şərqində, Qara, Azov dənizlərində və Xəzər dənizinin cənubunda, İssıkkul gölündə, Azərbaycanın bəzi su hövzələrində Saxalində və Kuril adalarının cənubunda qışlayır. Xəzərin Azərbaycan hissəsinin sahil zolağı boyu yayılmışdır. Əsas toplantı yerləri Xəzərin Abşeron-Qobustana həmsərhəd sahil suları, Yaşma, Böyük və Kiçik Qızılağac körfəzləridir.

Sayı. Böyük və Kiçik Qızılağac körfəzlərində qışda 2004-cü ildə 55000, 2005-ci ildə 61500, 2006-cı ildə 185000, Abşeron-Qobustan sahil sularında 2005-ci ildə 59281, həmin ildə Yaşmada 8980 fərdi qeydə alınmışdır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələridir.

Miqrasiyası. Payız miqrasiyası oktyabrın sonu, yaz miqrasiyası isə evral-mart aylarında olur.

Çoxalması. Yuvanı ya böyük su hövzələrində olan adacıqlarda, ya da su hövzələrinin sahilində yerdə qurur. Yuvaya 8-11 ədəd, üzərində zeytuni ləkələri olan ağ rəngli yumurtalar qoyur. Kürtyatma müddəti orta hesabla 23-35 gündür. Ancaq dişi kürt yatır.

Qidası. Suda yaşayan onurğasız heyvanlar-əsasən molyuskalardır.

Ağgöz qaraördək – Aythya nyroca

Bir şərh yazın

Bu slaydşou üçün JavaScript lazımdır.


 

Statusu.Qışlayan, ötüb keçən və yuvalayan quşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxildir.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 600-700 q-dır. Cüt-cüt və sürü halında yaşayırlar. Ümumi rəngi tutqundur. Uçan zaman erkəklərinin qanadı üzərində eninə ağ zolaq görünür. Erkəklərinin başı, boynu, döşü və yanları kürən-qəhvəyidir, arxası tünd-qonur, qarnı və quyruqaltlığı ağdır. Dimdiyi qara, pəncələri bozdur. Gözləri ağdır. Dişisinin ümumi rəngi daha tünd qonurdur. Qarnı bozdur, gözləri ağ rəngdədir. Səsi kobud “qır-qır”dır.

Yayılması. Avropada, Şimali və Qərbi Afrikada, Ön, Orta Asiyada, Qərbi Sibirdə yuvalayır. Aralıq dənizində, Afrikada, Asiyanın Cənub-qərbindən Britaniyaya qədər, Azərbaycanın cənub şərqində, Xəzərin cənubunda, Türkmənistan və Tacikistanın cənubunda qışlayır. Xəzərin Azərbaycan hissəsinin sahil zolağında rast gəlinir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 1999-cu ildə 1500, 2002-ci ildə 3750, 2005-ci ildə 1100, 2006-cı ildə 3800, 2002-ci ilin aprelində 714, Abşeron Qobustanda isə 200-ci ildə 11 fərdi qeydə alınmışdır. Ağzıbir gölündə də az miqdarda rast gəlinir.

Yaşayış yerləri. Xəzərin sahil zolağındakı açıq su sahələrində qarğı və qamışlıqlardır.

Miqrasiyası. Payız miqrasiyası noyabrda, yaz miqrasiyası isə fevralın sonunda olur.

Çoxalması. Aprelin əvvəllərində cüt-cüt ayrılırlar. Yuvasını qarğı və qamışlıqlarda qurur. Yuvaya 7-11 sarımtıl-ağ yumurta qoyur.

Qidası. Bitki toxumları, onların vegetativ hissələri və onurğasız heyvanlardır.

Qırmızıburun dalğac – Netta rufina

Bir şərh yazın

Bu slaydşou üçün JavaScript lazımdır.


Statusu. Qışlayan, ötüb keçən və seyrək yuvalayan quşdur.

Ümumi xarakteristikası və görkəmi. Erkəklərin kütləsi 900-1200 q, dişilərinki isə 1320 q-dır. Cüt-cüt və sürü halında yaşayırlar. Erkəyinin başı parlaq kürəndir. Başında kəkili var, döşü və qarnı qara, beli qonurdur. Sükan lələkləri tünd boz, ucları isə ağdır. Dimdiyi parlaq qırmızı, ayaqları narıncı, caynağı ağdır. Dişisinin lələk örtüyü bozumtul qonurdur, alt tərəfi bulanıq ağdır. Dimdiyi qaradır, yan tərəfinfə qırmızı zolaq vardır. Ayaqları qırmızımtıl qonur, barmaq pərdələri qaramtıldır. Səsi “xorr-xorr”dur.

Yayılması. Qərbi Avropanın mərkəzi və cənub hissəsində, Şərqi Avropada, Qazaxıstanın şimalında, Sibirdə , Əlcəzairdə, iranda qışlayır. Aralıq dənizində, Asiyanın cənub-şərqində, Hindistanda, Xəzərin cənubunda, Azərbaycanın cənub şərqindəki göllərdə, Asiyanın cənubunda və s. yerlərdə yuvalayır. Qışlama və miqsaiya vaxtı Xəzərin sahil zolağı boyu rast gəlinir. Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri, Xəzərin Yenikənd subasarına həmsərhəd sahil zolağı və Dərin Özüllər Zavodu sahil zolağındakı laqunlar ən böyük toplantı yerləridir. . Qızılağac Dövlət Təbiət Qoruğunda, Böyük və Kiçik Qızılqaz göllərində, Ağzıbir gölündə bir neçə cütü yuvalayır.

Sayı. . Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 145000, 2005-ci ildə 70000, 2006-cı ildə 200000, Yenikənd subasarına həmsərhəd Xəzərin sahil sularında 2003-cü ildə 13853, Dərin Özüllər Zavodu sahil zolağında 2002-ci ildə 16295 fərdi qeyd edilmişdir.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələrində qamış və qarğılıqlardır.

Miqrasiyası. Payız miqrasiyası oktyabrda, yaz miqrasiyası martda olur.

Çoxalması. Aprelin ikinci ongünlüyündə yumurta qoymağa başlayır. Yuvanı ensiz açıq su sahələri olan sıx qamış cəngəlliklərində qurur. Yuvaya  7-8 ədəd, sarımtıl-ağ yumurta qoyur, yalnız qişi kürt yatır.

Qidası. Su bitkiləri və onurğasız heyvanlardır.

Qırmızıbaş qaraördək – Aythya ferina

Bir şərh yazın

Bu slaydşou üçün JavaScript lazımdır.


Statusu. Qışlayan, ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Erkəklərin kütləsi 600-950, dişilərinki isə 500-950 q-dır. Tək, cüt-cüt və sürü halında yaşayır. Erkəklərinin başı, boynuşabalıdı qırmızı, çinədanı, döşü və quyruqaltlığı qaradır. Dişilərinin başı parlaq qonur, boynu çiədanı və yanları açıq boz, üstü isə qonur-bozdur. Dimdikləri boz-maviyəçalan, ucu qaradır. Ayaqları bozdur, səsi xırıltılı “xerr-r-ra”dır.

Yayılması. Avrasiyada Britaniya adalarından Baykal gölünə qədər, cənubda isə Qara dənizə, Xəzər dənizinə, Amu-Dərya çayının mənsəbinə  və Semireçye dağlarına qədər olan ərazinin müvafiq yerlərində yuvalayır. Avropanın qərb sahillərində, Qara, Azov və Aralıq dənizlərində, Xəzərin cənubunda, Azərbaycanın cənub-şərqində, Türkmənistanın cənubunda, İssıkkul gölündə, İraq, İran, Hindistanda, Yaponiyada və Şimali Amerikanın qərb sahillərində qışlayır. Xəzərin Azərbaycan hissəsinin sahil zolağı boyu rast gəlinir. Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri, Yenikənd subasarı və ona həmsərhəd Xəzərin sahil suları, Ələt, Qobustan, PirAllahı, Şahdili, Dərin Özüllər Zavodu sahil zolağı əsas toplantı yerləridir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 110000, 2005-ci ildə 71200, 2006-cı ildə 211000, Dərin Özüllər Zavodun sahil zolağında 2002-ci ildə 16225, Yenikənd subasarında və ona həmsərhəd Xəzərin sahil sularında 2004-cü ildə 13863, PirAllahı adası sahil zolağında 2004-cü ildə 9000, Ələt körfəzində 2003-cü ildə 5809 fərdi qeydə alınmışdır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələri.

Miqrasiyası. Payız miqrasiyası oktyabr-noyabr, yaz miqrasiyası isə fevral-mart aylarındadır.

Çoxalması. Yuva su hövzələrində yıxılmış qamış qopalarının üzərində qurulur. Yuvaya 6-9 ədəd maviyəçalar rəngli yumurta qoyur. Kürtyatma 24-26 gün davam edir. Ancaq dişi kürt yatır.

Qidası. Su bitkiləri və onurğasızlardır.

Mərməri ördək – Anas angustirostris

Bir şərh yazın

Mərməri ördək – Anas angustirostris

Mərməri ördək – Anas angustirostris

Statusu. Ötüb keçən, qeyri-müntəzəm qışlayan quşdur. Bəzi fərdləri yuvalayır. Azərbaycanın Qırmızı Kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxil edilib.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi orta hesabla 400-600 q-dır. Tək, cüt-cüt və sürü halında yaşayır. Erkəyinin balaca kəkili vardır. Rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr, döşündə isə eninə qaramtıl naxışlar vardır. Dmdiyindən başlayan ağ zolaq gözlərinin bərabərindən arxaya tərəf keçir. Bu ləkə erkək quşda daha tutqun rəngdə olur. Dimdiyi uzun və bozdur. Dişisinin dimdiyi qaradır. Pəncələri qonurdur. Quyruğu pazvari, azca dəyirmiləşmişdir.

Yayılması. Yuvalama arealı Afrikanın Şimalını, Pireney yarımadasının cənubunu, Aralıq dənizinin şərq sahillərini, İraqı, İranı, Əfqanıstanı, Pakistanı, Zaqafkaziyanı, Volqa və ural çaylarının deltalarını, Sırdərya və amudərya çayları boyu əraziləri əhatə edir. Aralıq dənizi sahillərində, Asiyanın cənub qərbində, Hindistanın şimalında və Xəzərin cənubunda qışlayır.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 680, 2005-ci ildə 420, 2006-cı ildə 2000, yayda 1998-ci ildə 12 və Ağzıbir gölündə qışda 2002-ci ildə 12 fərdi qeyd edilmişdir. Digər ərazilərdə isə təsadüfən rast gəlinir.

Yaşayış yerləri. Qamış və qarğılarla zəngin olan subasarlar və göllərdir.

Miqrasiyası. Payız miqrasiyası haqqında məlumat yoxdur, yaz miqrasiyası isə mayın əvvəllərinə təsadüf edir.

Çoxalması. Aprelin ortalarında cütlərə ayrılırlar. Xırda adacıqlarda və qarğı topaları arasında su keçidləri çox olan dayaz yerlərdə yuva qurur. Yuvaya 7-12-yə qədər ağ yumurta qoyur. Dişi kürt yatanda erkək onu tərk edir.

Qidası. Həşərat sürfələri, molyusk, bitkilərin vegetativ hissələri və toxumlarıdır.

Fiyu ördək – Anas penolope

Bir şərh yazın

Bu slaydşou üçün JavaScript lazımdır.


Statusu. Qışlayan və ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 500-900 q-dır. Tək, cüt-cüt , sürü halında yaşayır. Erkəyinin başı qəhvəyi , alnı çəhrayı-qəhvəyidir. Arxası və yanlardan boz rəngli eninə cizgilər gedir. Dimdiyi və pəncələri tünd bozdur. Dimyiyi nisbətən qısadır, uc tərəfi azacıq qaradır.

Yayılması. Yuvalama arealı cənubda Amur çayının mənsəbindən başlayaraq, Baykal gölünün yaxınlığında bir qədər genişlənib, Anqara və Ob çaylarının yuxarılarına çatır. Xəzərin şimal sahilinədək olan ərazini, qərbdə isə Britaniya adalarına qədər olan yerləri əhatə edir. Qərbi Avropanın cənubunda, Türkiyədə, Cənubi Qafqazda, İranda, İraqda, Cənu-şərqi Asiyada, Amerika Birləşmiş Ştatlarının Atlantik okeanı sahillərində qışlayır. Xəzərin Azərbaycan hissəsinin sahil zolağı boyu rast gəlinir.Əsas qışlama yerləri Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələridir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 38700, 2005-ci ildə 48000, 2006-cı ildə 68000 fərdi qeydə alınmışdır. Yenikənd subasarında, Böyük və Kiçik Qızılqaz göllərində 800 fərdə yaxın, Pirsaatda və Abşeron – Qobustanın sahil zolağındakı körfəzlərdə və ağzıbir gölündə az miqdarda qışlayır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələri.

Miqrasiyası. Payız miqrasiyası sentyabrın ikinci yarısından noyabrın sonuna qədər, yaz miqrasiyası isə martda olur.

Çoxalması. Yuvanı açıq və qarğı – qamışlarla örtülü kiçik su hövzələrinin yaxınlığında qurur. Yuvaya 8-10 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatma müddəti 22-25 gündür. Ancaq dişisi kürt yatır, ilk vaxtlarda erkək yuvanın ətrafını qoruyur.

Qidası. Bitkilərin vegetativ hissələri, toxum və meyvələridir.

Older Entries